“Bu qələbə komandamın mənə ad günü hədiyyəsi oldu, buna görə çox sevinirəm”.
Sportinfo.az xəbər verir ki,bu sözləri Sumqayıt”ın yarımmüdafiəçisi Roi Kehat Premyer Liqanın 34-cü turunda "Səbail"ə qalib gəldikləri oyun (2:1) haqda deyib.
32 yaşı tamam olan israilli yarımmüdafiəçi “Səbail”ə qarşı keçirilən görüşün çətin alındığını bildirib:
“Səbail” çox yaxşı komandadır. Heyətlərində bacarıqlı futbolçular cəmləşib. Lakin biz ən yaxşı oyunlarımızdan birini sərgilədik.
Turnir cədvəli baxımıdan 3 xal bizim üçün çox vacib idi. Şadam ki, bunu bacardıq, istəyimizə çatdıq”.