AZ

AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlanıb

Bakı. Trend:

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, assosiasiyanın mətbuat xidməti toplantıdaqəbul olunan qərarları açıqlayıb.

İclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıyaqoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcəkişlərdən bəhs edib. Toplantıda əvvəlcə AFFA-nın gələcək illər üzrəinkişaf strategiyasının hazırlanmasının vacibliyi vurğulanaraq,əsas hədəflər müəyyənləşdirilib.

Bu xüsusda strategiyanın əsas hədəfləri peşəkar və uşaqfutbolunun infrastrukturunun təkmilləşdirilməsi, futbola marağın vəkütləviliyin artırılması, müxtəlif sahələr üzrə futbolmütəxəssislərinin inkişaf etdirilməsi, regionlarda futbolun və uşaqfutbolunun inkişafının dəstəklənməsi, maliyyə məsələlərinin həllivə inklüzivliyin təmini istiqamətlərini əhatə edir. Müəyyən edilmişhədəflər üzrə strategiyanın hazırlanması üçün sahə üzrə xaricişirkətlərin və mütəxəssislərin təcrübələrindən faydalanmaqimkanları nəzərdən keçirilib.

Sonra iclasda Azərbaycan Premyer Liqasında komanda sayınınartırılması məsələsi müzakirəyə çıxarılıb. Toplantıda idmanprinsiplərinin qorunmasının vacibliyi vurğulanıb. Hazırkı mərhələdəklubların sayını olduğu kimi saxlayaraq, qəbul olunacaqstrategiyaya uyğunlaşdırılaraq gələcəkdə əlavə məlumat verməkləklubların sayının mərhələli şəkildə artırılması istiqamətindəişlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub.

İcraiyyə Komitəsində qərara alınıb ki, Akademiya vəinfrastrukturun fəaliyyətinin hazırkı şərtlərlə davam etdirilməsiüçün “Qəbələ” klubuna növbəti mövsümdə dəstək göstərilsin. AFFA biray ərzində bu istiqamətdə “Qəbələ” klubu ilə intensiv işləyəcək vəİcraiyyə Komitəsinin növbəti iclasına qədər təkliflər təsdiq üçüntəqdim olunacaq.
İcraiyyə Komitəsi, həmçinin Azərbaycan Premyer Liqasında2024/2025-ci illər mövsümündə tətbiq olunacaq legioner limitinimüzakirə edib. Hazırkı 7+4 limitinin qüvvədə qalması qərara alınıb.2025/2026-cı illər mövsümündə legioner limiti 8+3 olacaq.2026/2027-ci illər mövsümündən öncə isə qəbul olunacaq strategiyayauyğunlaşdırılaraq legioner limitinə bir daha baxılacaq.

2024-cü il üçün AFFA-nın büdcəsinə dair məsələlər də müzakirəedilib. İcraiyyə Komitəsinin üzvləri müvafiq qeydlərini vəfikirlərini bildiriblər. Növbəti iclasa qədər müvafiq düzəlişləredilərək, təsdiq üçün təqdim olunması qərara alınıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
372
21
az.trend.az

10Mənbələr