AZ

Ukraynanın daha üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Ukraynanın bir sıra bölgələrində səslənən həyəcan siqnalı daha üç bölgəyə yayılıb.

32gun.az bildirir ki, bu barədə əhalini xəbərdar etmək üçün rəsmi resurs məlumat yayıb.

Siren səsləri Dnepropetrovsk, Kiyev, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, Xarkov və Çerkassı vilayətlərində eşidilir.

Mayın 13-də günortadan sonra bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib . Bu barədə yerli “Strana.ua” nəşri məlumat yayıb. Jurnalistlər xüsusi rejimin Rusiyanın MiQ-31K qırıcısının havaya qalxması ilə əlaqədar tətbiq edildiyini dəqiqləşdiriblər. Lakin hələlik başqa məlumat daxil olmayıb.

Bundan əvvəl Ukraynanın səkkiz bölgəsində hava hücumu xəbərdarlığı elan edilmişdi . Həyəcan xəritəsindəki qırmızı zonaya Kirovoqrad, Nikolayev, Xarkov, Dnepropetrovsk, Sumı, Poltava və Çerniqov vilayətləri daxil idi. Kiyev vilayətində də sirenlər səslənib. Həmçinin məlum olub ki, Xerson vilayətinin Ukrayna Silahlı Qüvvələrinin (AFU) nəzarətində olan hissəsində mühüm infrastruktur obyekti zədələnib.

Ayxan 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
12
32gun.az

10Mənbələr