AZ

“Barselona” “Real Sosyedad”ı məğlub edərək ikinci oldu - VİDEO

“Barselona” və “Real Sosyedad” İspaniya La Liqasının 35-ci turu çərçivəsində üz-üzə gəliblər.

Oxu.Az xəbər verir ki, oyun 2:0 hesabı ilə kataloniyalıların xeyrinə başa çatıb.

40-cı dəqiqədə ev sahiblərindən Yamal oyunda hesabı açıb. 90+3-cü dəqiqədə isə müdafiəçisi Rafinya penaltini dəqiq yerinə yetirərək fərqi ikiyə çatdırıb.

“Barselona” İspaniya çempionatında keçirdiyi 35 oyundan 76 xal toplayaraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Real Sosyedad” eyni sayda turdan sonra 54 xalla yeddinci yerdədir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
1

1Mənbələr

Şərh ()
Bağla