Yaxın vaxtlarda Amerika Birləşmiş Ştatları Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan mətbuat brifinqində deyib.
Onun sözlərinə görə, yaxın günlərdə yeni yardım elan etməyi planlaşdırırlar. Bu paketə konkret nələrin daxil olacağı məlum deyil.
Müəllif: Teleqraf.com