AZ

Ərdoğan Yunanıstanın baş naziri ilə razılşamadı – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Miçotakisin Fələstin HƏMAS hərəkatı ilə bağlı açıqlamasına düzəliş edib.

KONKRET.az-xəbər verir ki, Miçotakis Yaxın Şərqdəki son yaşananlarla bağlı Türkiyə ilə fikir ayrılıqlarının olduğunu ifadə edib:

“Türkiyə ilə xüsusilə Yaxın Şərq məsələsində fikir ayrılığımız var. İsrailin Qəzzaya hücumu bölgədə terror təşkilatı kimi tanınan HƏMAS-a cavab olaraq həyata keçirilir. Türkiyənin bunu fərqli qəbul etdiyini bilirik. Mülki vətəndaşların qorunması lazım olduğunu da anlayırıq”, – deyə Miçotakisin bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiriakos Miçotakisin açıqlamasına düzəliş edib:

“Mən HƏMAS-ı terror təşkilatı hesab etmirəm. Əksinə, HƏMAS 1947-ci ildən torpaqları işğal altında olan və işğaldan sonra da torpaqlarını müdafiə edən müqavimət təşkilatıdır”, – deyə Ərdoğan Ankarada Prezident Kompleksində Miçotakislə birgə mətbuat konfransında bildirib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
konkret.az

1Mənbələr