AZ

Şolz Avropanı Ukraynaya daha fəal kömək etməyə çağırıb

Almaniya hökumətinin başçısı Olaf Şolz bildirib ki, Avropa Ukraynaya hərbi sahədə daha fəal kömək etməli, həmçinin Ukrayna Silahlı Qüvvələri üçün sursat təchizatını artırmalıdır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə EFE xəbər agentliyi xəbər yayıb.

Almaniya kanslerinin sözlərinə görə, Avropa ölkələri “genişmiqyaslı münaqişəyə hazır deyil”. Ona görə də Şolz əmindir ki, Ukrayna sağ qalmalıdır.

Bundan əlavə, Almaniya kansleri Berlinin Kiyevə yardımı, o cümlədən hava hücumundan müdafiə təchizatı ilə bağlı yardımı davam etdirəcək.

Şolz vurğulayıb ki, Avropa ölkələri Ukraynanı tək qoymayacaq.

Bundan əvvəl Estoniya hökuməti qoşunların Ukraynaya göndərilməsinə icazə verib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
49
sia.az

10Mənbələr