AZ

İvanişvili ABŞ nümayəndəsi ilə yalnız bu şərtlə görüşə bilər

Gürcüstanın baş naziri Bidzina İvanişvili ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşünün şərtlərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki,  bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

“Bidzina İvanişvili şantaj zamanı heç bir görüş keçirə bilməz. O, artıq faktiki sanksiyalar altındadır. Onun Qərbə əmanət etdiyi 2 milyard dollar pulunu dondurublar. İvanişvilinin mövqeyi ondan ibarətdir ki, onun şantaj altında görüş keçirməsi mümkün deyil. Bu şantaj və faktiki sanksiyalar bitən kimi, istənilən görüş dərhal baş tuta bilər”, – məlumatda deyilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96

1Mənbələr

Şərh ()
Bağla