AZ

Cənubi Koreya və Kuba diplomatik nümayəndəliyin açılması ilə bağlı danışıqlara başlayıb

Cənubi

Bakı, 14 may, AZƏRTAC

Seulda Havananın, Havanada isə Seulun diplomatik missiyasının açılması ilə bağlı Cənubi Koreya və Kuba arasında rəsmi danışıqlar aparılır.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, Kubanın Çindəki səfirliyinin müşaviri Mario Alsuqaray Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşmək üçün Seula yola düşüb.

“Hər iki ölkə səfirliklərin açılması prosesinin düzgün irəliləməsi üçün əməkdaşlığı davam etdirəcək”, - deyə məlumatda bildirilir.

Agentliyin yazdığına görə, Seul və Havana fevral ayında diplomatik münasibətlərin bərpa olunduğunu elan ediblər və apreldə diplomatik nümayəndəliklərin açılması barədə razılığa gəliblər. Bu sazişə uyğun olaraq, ilkin mərhələdə Cənubi Koreya Havanada müvəqqəti missiya yaratmağı və Kubaya öz diplomatlarını göndərməyi, daha sonra isə daimi səfirliyini açmağı planlaşdırır.

Seul və Havana arasındakı diplomatik münasibətlər 1959-cu ildə Kubada inqilabın qələbəsindən sonra pozulub. Tərəflər əlaqələrin bərpası üçün ilk addımları 2016-cı ildə atıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108

1Mənbələr

Şərh ()
Bağla