AZ

COP29-un prezidenti Pakistan baş nazirinin gənclər proqramının sədri ilə görüşüb

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Pakistan baş nazirinin gənclər proqramının sədri Rana Məşhud Əhməd Xanla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə pakistanlı məmurun sosial şəbəkə hesabında bildirilib.

“Sədr Rana Məşhud Əhməd Xan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti cənab Muxtar Babayevlə görüşüb. Gənclərin rəhbərlik etdiyi iqlim təşəbbüslərini nümayiş etdirən COP29-da Pakistanın gənclərin səsini gücləndirmək, iqlimlə bağlı qərarların qəbulunda gənclərin iştirakını təmin etmək müzakirə edilib”, – paylaşımda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
50

1Mənbələr

Şərh ()
Bağla