AZ

Balaca qəlbin böyük ana sevgisi

Bu günlərdə “TikTok”da yayılan video qısa zamanda böyük əks-səda doğurub. Orada belə bir maraqlı əhvalat nəql olunur:

“Bir gün bir uşağın əlində 2 alma olur. 

Anası ondan xahiş edir:

– Oğlum, olarmı, almanın birini sən yeyəsən, digərini mənə verəsən?

Uşaq bunu eşidən kimi, əvvəlcə sağ, sonra sol əlindəki almanı dişləyir. Bu və­ziyyəti görən ana məyus olur, uşaqdan inciyir. 

Çox keçmir ki, uşaq sol əlindəki alma­nı anasına uzadıb deyir:

– Anacan, bu alma daha şirindir, sən bunu ye!

Ana bu gözlənilməz hərəkətin se­vincindən heyrətə gəlir. Bir qədər sakit­ləşəndən sonra oğlunu bərk-bərk bağrı­na basır...”

Hörmətli oxucu! Bu hekayətdən do­ğan hikmət budur ki, səbirli olun, heç vaxt heç kimi mühakimə etməyə tələsməyin. Qarşınızdakılara fikirlərini tam izah et­məyə fürsət verin. Hər gördüyünüzə, eşitdiyinizə dərhal inanmayın. Axı həyat sürprizlərlə doludur!

Rizvan FİKRƏTOĞLU
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93

1Mənbələr

Şərh ()
Bağla