AZ

Uşaq qəlbini saflaşdıran tamaşa

Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rejissoru Fuad Kazımov yazıçı Nizami Mirzəyevin tərcüməsində Dyula Urbanın “Bütün siçanlar pendiri sevirlər” tamaşası balaca teatrsevərlərə təqdim olunub. 

Yaradıcı heyəti uşaqlara dost sə­daqətini, saf sevgini, vətənpərvərliyi, humanizmi təlqin edən əsəri uğurla səh­nələşdirib. Tamaşanın quruluşçu rəssa­mı Elşən Sərxanoğlu, musiqi tərtibatçı­sı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, icraçı rəssam Nizami Dadaşov, baletmeyster Kamil Ağayevdir. Səhnə əsərinin ilk nümayişi şənbə və bazar günlərində 6 seans ardıcıl gerçək­ləşdirilib. 

Teatrın direktoru Samir Şəfiyev “XQ”-yə açıqlamasında janrından, hədəf kütlə­sindən asılı olmayaraq, hər yeni tamaşa­nın sənət ocağı üçün bayram adlandırıb və səhnə əsərinə görə zəhməti olan ya­radıcı heyətin səylərini təqdir edib. 

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
xalqqazeti.az

1Mənbələr