AZ

“Xarıbülbül”ün Laçın cilvələri

Dünən Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının iştirakçıları və qonaqları Laçına toplaşmışdılar. Səsi ulu Zəngəzur dağlarında əks-səda verən musiqi bayramı bir daha bu yerlərin əzəli-əbədi ünvanımız olduğunu dünyaya bəyan etdi.

Mayın 10-da Prezident İlham Əliyevin növbəti dəfə Laçına gəlməsi, su elektrik stansiyalarının açılışını etmə­si, Sus kəndinə köçmüş sakin­lərlə görüşməsi, iki gün sonra isə ilk dəfə olaraq burada da “Xarıbülbül” festivalının təşrif buyurması rayon sakinlərini hədsiz sevindirdi. Bu sevinc­lərə sanki dağlarda bitən yaz gülləri də qoşulmuşdu. Bildiyi­miz kimi, Vətən müharibəsin­də şəhidlik zirvəsinə yüksələn əsgərlərimizin xatirəsinin rəm­zi kimi qəbul edilən, bülbül timsallı xarıbülbül Laçında da bitir. Əlvan kəpənəyi xatırla­dan səhləb çiçəyi də, o biri “xanım-xatın” güllər də yazda Hoçazı, Qırxqızı, Sarıbabanı bəzəyir. Festival təntənələri zamanı ətirli “dağ gözəllə­ri” Həkərinin aşağı sahillə­rinə boylanıraraq, qələbəliyi, çal-çağırı seyr edirdi.

Laçının laçın vaxtlarını müjdələyən festival isə çay­kənarı bulvarda saatlarca da­vam elədi. Burada keçirilən Novruz bayramı, “Can Laçın” yarmarkası, digər kütləvi təd­birlər kimi, “Xarıbülbül” festi­valının da yaddaşların bahar əsintisinə çevriləcəyi şübhə­sizdir. Çünki Laçında qonaqlar və yerli sakinlər üçün fərq­li ölkələrdən gələn ifaçıların təqdimatında rəngarəng proq­ramlı möhtəşəm konsert təşkil olundu... 

Laçın şəhərinin ən mən­zərəli məkanlarından birinə gələn qonaqlara milli-mənəvi irsimizdən, ənənələrin vali-deyndən övlada keçməsindən, gənc nəslin milli dəyərlərə sevgi və sədaqətindən qay­naqlanan “Sələflər və xələflər” layihəsi təqdim olunub.

Konsert proqramında Azərbaycanın tanınmış in­cəsənət ustalarının onların sənətini davam etdirən övlad­ları, yetirmələri ilə birgə çıxış­ları maraqla qarşılanıb.

Sonda iştirakçılar hamılıq­la “Bura Vətəndir” mahnısını ifa ediblər.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134

1Mənbələr

Şərh ()
Bağla