AZ

Kitaba dost qazandıran sərgi

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı Əli Kərim adına “Poeziya Evi”ndə VI Milli Kitab Sərgisi keçirilib. Dörd gün ərzində orada müxtəlif nəşriyyatların Azərbaycan, türk, rus və ingilis dillərində buraxdığı minlərlə kitab endirimli qiymətlərlə satışa çıxarılıb, tanınmış ziyalıların, şair və yazıçıların oxucularla görüşləri olub.

Abşeron–Xızı Regional Mədəniyyət İdarəsinin dəstə­yi ilə, başlıca olaraq “Qanun” Nəşrlər Evinin təşkil etdi­yi bayram, eyni zamanda, Sumqayıtın qarşıdan gələn 75 illik yubileyinə həsr olunub. Qeyd edilib ki, bu cür tədbirlər insanlarlı, xüsusilə də gənclə­ri kitaba daha da yaxınlaşdırır, mütaliə mədəniyyətini artırır. 

Sərgidə “Qanun”la bəra­bər, “Alatoran”, “Ting”, “Üç­bucaq”, “Kosmo” nəşriy-yat­larının, “Ziya Bilim Evi”nin məhsulları nümayiş etdirilib. “Əli və Nino”, “Kitab al”, “Ka­ramazov”, “Kitabçı”, “Novel­la”, “Papilion” kitab evləri və mağazaları oxuculara ucuz qiymətə dəyərli ədəbiyyat nü­munələri təklif ediblər.

Sərgi çərçivəsində baş tu­tan panellər də maraqlı olub. Xalq şairi Sabir Rüstəmxanlı­nın 15 cildlik “Seçilmiş əsərlə­ri”nin 11-ci cildinin, nasir, şair, tərcüməçi Baba Vəziroğlunun “Qalanı xatirədir”, psixoloq Samirə Amonun “Ağ qan”, şair Hikmət Fərzəlinin “Ömür dediyin” kitablarının təqdima­tı və “İmza günləri” keçirilib. Tanınmış yazıçı Elçin Hü­seynbəyli və Həmid Herisçi, şair Dayandur Sevgin, Aida Adıgözəl, Lilpar Cəmşidqızı, Mürşüd Mehdi, Nigar Mahi ilə maraqlı görüşlər olub. 

Sərginin təşkil edildiyi “Poeziya Evi”nin direktoru, AYB-nin bölmə rəhbəri İbra­him İlyaslının dedikləri:

– Kitab bayramının birmə­nalı şəkildə mütəşəkkil keçdi­yini deyə bilərəm. Kitablara və müəlliflərlə görüşlərə oxucu marağı böyük idi. Proqram üzrə keçən “Sumqayıt maraqlı insanlar şəhəridir”, “Sumqayıt nə oxuyur?” adlı diskussiya­lar da kitabsevərlərə xoş təsir bağışladı. Sərgidə, həmçinin “Ulu öndər və Sumqayıt”, “44 günlük müharibə və Sumqa­yıt” adlı müzakirələr oldu, “Unudulmaz Əli Kərim” möv­zusunda Cavanşir Yusifli, Na­dir Yalçın və Şərif Ağayarın söhbətləri, “Xoşbəxt uşaqlar böyüdək” adlı seminar, “Ədə­biyyat və illüstrasiya” paneli təşkil edildi. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin təqdimatında şəhərimizin 75 illiyinə həsr olunan “Sumqayıt saatı” yad­daqalan oldu. Tədbirdə yerli şairlər poetik nümunələrini təqdim etdilər. Elşən Hüsey­novun moderatorluğu ilə isə “Uşaq inkişafında oyun tera­piyasının əhəmiyyəti” möv­zusunda seminar keçirildi. Bir sözlə, belə bayramların ölkəmizdə artıq ənənə halını alması çox sevindiricidir. 

Onu da deyək ki, VI Milli Kitab Sərgisinə hər yaş qru­pundan olan oxucular maraq göstəriblər. Əyləncəli çıxış­lar, oxu saatları, musiqiçilərin ifaları bayramı daha da röv­nəqləndirib. Sumqayıt Milli Kamera Ansamblının, “Endo­fin” Rok Qrupunun ifasında musiqi nömrələri səsləndiri­lib, “Turan” milli rəqs qrupu performans nümayiş etdirib, “M Teatr”ın təqdimatında “Qo­ğal” uşaq tamaşası göstərilib. 

Ə.ƏLİYEV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143

1Mənbələr

Şərh ()
Bağla