AZ

Rusiyanın xalq artisti vəfat etdi - FOTO

Rusiyanın əməkdar kinooperatoru, fəlsəfə elmləri namizədi, aktyor, kaskadyor, şair və nasir, Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının üzvü Vladimir Yuryeviç Jarikov vəfat edib.

News24.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Vladimir Yuryeviç 6 noyabr 1938-ci ildə Smolenskdə anadan olub. 1969-cu ildə Odessa Dövlət Universitetini bitirib.

Xüsusi təyinatlı dəstələrdə xidmət edib, Vyetnamda döyüş əməliyyatlarında iştirak edib.

1974-cü ildə kinorejissor Yuri Çerni V.Yu Jarikovu "Port" filmində kaskadyor dəvət edib. Bundan sonra Jarikov Odessa Kinostudiyasında bir çox filmlərdə kaskadyor və epizodik rollarda aktyor kimi çıxış edib. O, 1978-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
9

1Mənbələr

Şərh ()
Bağla