AZ

Qırğızıstanda Ulu öndərin xatirəsinə ehtiram

Azərbaycanın Qırğızıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Bişkek şəhərindəki Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə mərasim keçirilib. 

Məclisdə səfirliyin əməkdaşları, di­aspor fəalları, təhsil ocağının müəllim və şagirdləri iştirak ediblər. Məktəb direktoru Kanikey Alimkulova ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin indi­ki məcrada davam etməsi üçün Heydər Əliyevin yaratdığı əsasların önəmindən söz açıb.

Səfir Lətif Qəndilov isə Heydər Əliyevin iki qardaş ölkə arasında mü­nasibətlərin qurulmasında çox mühüm rol oynadığını qeyd edib. Diplomatın Heydər Əliyevin “Manas”ın 1000 illiyi ilə bağlı dediyi “Manas”in dili bizim ortaq di­limizdir” sözlərini xatırlatması alqışlarla qarşılanılb. Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün ulu öndə­rin siyasi kursunu davam etdirərək ölkələ­rimiz arasındakı münasibətləri daha da inkişaf etdirir. Dövlət başçısının xoş mə­ramı ilə 20 nömrəli məktəb-gimnaziyada bu ölkədə ilk 6 otaqda STEAM mərkəzi yaradılıb. 

Mərasim şagirdlərin hazırladığı bədii proqramla davam edib, Azərbaycan və qırğız dillərində mahnılar ifa olunub.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Bişkek

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73

1Mənbələr

Şərh ()
Bağla