AZ

Edqar üçün qalmaqallı iddia: Onun əvəzinə əkizi oynayıb

Rumıniya mətbuatında Buxarest "Dinamo"sunda çıxış edən Edqar Le ilə bağlı maraqlı iddia ortaya atılıb.

News24.az xəbər verir ki, “Pro Sport”un məlumatına görə, bir müddət Superliqada “Trabzonspor” və “Başakşəhər”də də çıxış edən 30 yaşlı futbolçunun Rumıniyaya öz əvəzinə əkiz qardaşını göndərdiyi iddia edilib.

Buxarest "Dinamo"sunun çıxışından razı qalmadığı, Edqarın uzun müddət Avropada çıxış edən futbolçu üçün ingilis dilinin zəif olması şübhələri səbəbindən sınaqdan keçirəcəkləri qeyd edilib.

Qeyd olunub ki, Edqar İenin qardaşı Edelino İe Buxarest "Dinamo"sunda ən azı 5 matçda iştirak edib.

Bildirilib ki, vəziyyət rəsmən sübuta yetirilərsə, Rumıniya yığmasının 5 oyunda qazandığı 8 xal silinəcək və birbaşa aşağı liqaya düşəcək.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65

1Mənbələr

Şərh ()
Bağla