AZ

Jiru “Milan”dan ayrılır – yeni klubunu açıqladı

Hücumçu Olivye Jiru 2023/24 mövsümünün sonunda “Milan”dan ayrılacağını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu “Növbəti iki matç mənim komandada sonuncu oyunlarım olacaq. Karyeramı MLS-də davam etdirəcəm” deyə, bildirib.

Jiru 2021-ci ildən “Milan”dadır və 2021/22 mövsümündə A Seriyasını qazanıb. O, İtaliyada 130 oyunda 48 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
idmanxeber.az

1Mənbələr