AZ

"Microsoft" ruslar üçün yeniləmələri kiliddən çıxardı...

“Microsoft” Rusiya Federasiyasından olan istifadəçilər üçün yeniləmələrə girişi açıb.

SİA xəbər verir ki, bu barədə “İzvestiya” “Russoft” proqram tərtibatçıları assosiasiyasına istinadən məlumat yayıb. “Russoft”-un prezidenti Valentin Makarov bildirib ki,Rusiya bazarı “Microsoft” üçün vacibdir, ona görə də şirkət Rusiyadaqalmaq üçün boşluqlar axtarır.

Tərtibatçılar assosiasiyasının rəhbərinin sözlərinə görə, şirkətin ictimai mövqeyi proqram təminatı nümayəndələrinin rusiyalı tərtibatçılarla şəxsi söhbətlərində söylədiklərindən fərqlənir.

Xatırladaq ki, 2022-ci ilin sentyabrından “Microsoft” Windows və Office satışını dayandırıb, həmçinin Ukraynada Rusiya hərbi əməliyyatlarının başlaması səbəbindən yeniləmələrə girişi bloklayıb.

Mart ayında şirkət biznes üçün bulud xidmətlərinə girişi bağladığını elan edib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
sia.az

1Mənbələr