AZ

77-ci Kann Film Festivalı kinosevərlərlə görüşür

Amerika kinosunun aparıcı aktyorlarından olan Meril Stripin fəxri qonağı olacağı festivalın açılış mərasimi sabah Kanndakı Grand Theatre Lumiere səhnəsində keçiriləcək.

News24.az xəbər verir ki, bu il aktrisa Gerviqin münsiflər heyətinin sədri olduğu festivalda 9 münsif üzvü var. Festivalın əsas müsabiqə münsiflər heyəti arasında məşhur rejissor Nuri Bilgə Ceylanın həyat yoldaşı, ssenarist və fotoqraf Ebru Ceylan da var.

Münsiflər heyətinə həmçinin amerikalı aktrisa Lili Qladston, fransız aktrisa Eva Qrin, livanlı ssenarist və rejissor Nadine Labaki, ispan rejissor, prodüser və ssenarist Xuan Antonio Bayona, italyan aktyor Pyerfrançesko Favino, yapon rejissoru Kore-eda Hirokazu və fransız aktyor və prodüser Ömər də daxildir. 

“Qızıl Palma budağı” mükafatı uğrunda bu il 22 film mübarizə aparacaq.

Festival Quentin Dupieux-un fransız komediya filmi "The Second Act" (Le deuxieme Acte) ilə açılacaq.

Festival çərçivəsində fransız aktrisa, rejissor, ssenarist və prodüser Judith Godreche-nin cinsi zorakılıq qurbanlarının hekayələrindən bəhs edən qısametrajlı filmi də nümayiş etdiriləcək.

Mükafatlar mayın 25-dək davam edəcək festivalın sonunda öz sahiblərini tapacaq.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71

1Mənbələr

Şərh ()
Bağla