AZ

Xorvatiya Avropa çempionatından imtina edib

Xorvatiya fiqurlu konkisürmə Avropa çempionatının təşkilindən imtina edib.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Fiqurlu Konkisürmə İttifaqı (İSU) məlumat yayıb.

Məlumatda bəzi səbəblər üzündən Xorvatiyanın 2025-ci ilin yanvarında qitə çempionatına ev sahibliyindən imtinası bildirilib. Qurum qısa müddət ərzində yeni namizədlərin sənədlərini qəbul edəcək. Turniri təşkil etmək istəyən ölkələr mayın 24-nə kimi müraciət edə bilərlər.

Qeyd edək ki, İSU Fransanın təklifinə əsasən bu ilin dekabrında təşkil olunacaq Qran-prini Orlean şəhərindən Qrenobla dəyişib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
idman.biz

1Mənbələr