AZ

Mbappenin "Real"dakı maaşı bəlli oldu

Mbappenin "Real"dakı maaşı bəlli oldu

"Sky Sports" Kilian Mbappeni "Santyaqo Bernabeu"da qazancını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, 25 yaşlı futbolçu bu mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlayıb. Kilian Mbappe iyunda başa çatacaq müqaviləsini yeniləməyəcək.

Mbappenin "Real" ilə müqavilə imzalaması an məsələsidir. Madrid klubunda oynamaq çoxdan onun məqsədi olub.

İnsayder Fabrisio Romanonun sözlərinə görə, bu ay transferin təsdiqlənməsini gözləmək lazım deyil. İspaniya çempionları bir az gözləmək istəyirlər.

Mbappenin alınması yalnız builki Çempionlar Liqasının finalından sonra açıqlanacaq. "Real" və "Borussiya Dortmund" görüşü iyunun 1-nə təyin edilib.

"Sky Sports" jurnalistləri futbolçunun hansı maaşı gözləyə biləcəyini açıqlayıblar. Bu, onun PSJ-də qazandığından qat-qat az olacaq.

Mbappe Madriddə mövsümə 15 milyon avro qazanacaq. Bununla belə, müqaviləni imzalamaq üçün əhəmiyyətli bir bonus olacağı gözləniləndir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
sonxeber.az

1Mənbələr