Azərbaycan Basketbol Liqasında (ABL) 3-cü yer uğrunda görüşlərin təqvimi açıqlanıb.
İdman.biz xəbər verir ki, “Xırdalan” və NTD-İNDİQO arasında keçiriləcək oyunların başlama vaxtı bəlli olub.
Seriyaya mayın 15-də start veriləcək. Komandalar arasında ikinci oyun ayın 18-də baş tutacaq. Reqlamentə görə, iki matçın nəticəsi bərabər olarsa, 3-cü oyun keçiriləcək. Həlledici qarşılaşmanın təşkili mayın 21-nə planlaşdırılıb.
Qeyd edək ki, bütün oyunlar "Sərhədçi" İdman Mərkəzində keçiriləcək. Finalda isə “Sabah” və “Xəzri” komandaları qarşılaşacaq.
Azərbaycan Baketbol Liqası
3-cü yer uğrunda matç
15 may
19:30. "Xırdalan" – NTD-İNDİQO
"Sərhədçi" İdman Mərkəzi
18 may
19:30. NTD-İNDİQO – "Xırdalan"
"Sərhədçi" İdman Mərkəzi
21 may
19:30. "Xırdalan" – NTD-İNDİQO
"Sərhədçi" İdman Mərkəzi
İdman.biz