AZ

"Leobank"ın tətbiqində problem yarandı - YENİLƏNİB

"Leobank"ın tətbiqində problem yarandı - YENİLƏNİB

Problem "Leobank" tətbiqi tərəfindən təsdiqlənib.


İstifadəçilərə bununla bağlı göndərilən məlumatda deyilir: "Hal-hazırda tətbiqə daxil olmaq ilə bağlı müvəqqəti texniki çətinlik mövcuddur. Bizim mütəxəssislərimiz məsələnin həlli ilə artıq məşğuldurlar, ən qısa zamanda çətinliyi aradan qaldırmaq üçün çalışırıq.
Yaşanan narahatlığa görə sizdən üzr istəyirik.
Səbriniz və anlayışınız üçün təşəkkür edirik".

***

"Leobank" istifadəçiləri tətbiqdən istifadədə problemlə üzləşiblər.


AFN.az xəbər verir ki, yaxın bir neçə saat ərzində istifadəçilər tətbiqə daxil olmaqda çətinlik yaşayıblar. "Tətbiqə gah daxil olmaq olur, gah olmur. Bir neçə cəhddən sonra daxil olandan sonra da qaytarıb "atır". Yazılır ki, "nəsə düzgün getmir". Tətbiqdə məktub bölməsinə yazdıq, teleqram hesabından, cavab verildi ki, hazırda növbədə gözləyən müştərilər çoxdur, müraciətiniz qısa zaman ərzində cavablandırılacaq. Ümumiyyətlə, son vaxtlar bu cür hallarla tez-tez qarşılaşırıq" - deyə "Leobank" istifadəçisi bildirib.
Qeyd edək ki, "Leobank" "Unibank"ın təqdim etdiyi mobil bankçılıq xidmətidir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
afn.az

2Mənbələr