AZ

İzvestiya: Microsoft Rusiya istifadəçiləri üçün yeniləmələri blokdan çıxardı

Microsoft texnologiya korporasiyası Rusiyadan olan istifadəçilər üçün Windows və Office yeniləmələrini blokdan çıxarıb. 

Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti “Russoft” proqram təminatı istehsalçıları assosiasiyasına istinadən məlumat yayıb.

Söhbət rusiyalı istifadəçilərə Windows və Office üçün yeniləmələrə girişin təmin edilməsindən gedir. "Microsoft Rusiya bazarında qalmaq üçün boşluqlar axtarır ki, bu da onlar üçün çox vacibdir. Şirkət öz bəyanatlarında əksini iddia etsə də, şəxsi söhbətlərində proqram təminatına tam dəstək verib", - Assosiasiyanın prezidenti Vladimir Makarov qəzetə bildirib.

Böyük İT distribyutorlarından birindəki mənbənin “İzvestiya”ya verdiyi məlumata görə, kommersiya müəssisələri eyni Ofisdən istifadə etməyə davam edir və ondan imtina etməyi planlaşdırmırlar.

Daha əvvəl bir neçə bazar mənbəsi TASS-a bildirib ki, Microsoft korporasiyası Rusiyada bulud məhsullarını bloklamaq qərarından sonra belə, Rusiya korporativ müştəriləri üçün lisenziyaları yeniləməyə davam edir. 
Bulud məhsullarının bloklanması əvvəlcə martın 20-də baş verməli olsa da, TASS-ın qeyd etdiyi kimi, bağlanmalarla bağlı Microsoft ilə dialoq aparan Softline şirkətlər qrupunda, hətta aprelin 1-dən etibarən heç bir tıxanma baş verməyib. 

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
valyuta.az

1Mənbələr