AZ

Rusiyalı libero daha bir il “Gəncə”də

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu bir oyuçu ilə müqaviləni yeniləyib.

İdman.biz xəbər verir ki, Vitalina Andreyanenkova daha bir il komandada çıxış edəcək.

Rusiyalı libero ötən il komandanın heyətinə cəlb olunub. O, Rusiyanın “Tulitsa” komandasından transfer edilmişdi.

Qeyd edək ki, mövsümü 4-cü pillədə bitirən “Gəncə” pley-offda “Azərreyl”ə uduzub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
idman.biz

2Mənbələr