AZ

Aİ Şurası Ukrayna və Moldova ilə bağlı ticarət tədbirlərinin müddətini uzadıb

Avropa İttifaqı Şurası bu gün Ukrayna və Moldovanın Aİ-yə ixracına idxal rüsumlarının və kvotanın daha bir il müddətinə dayandırılmasını təsdiqləyib. APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. "Bu, Rusiyanın iki ildir davam edən əsassız hərbi təcavüzündən sonra Aİ-nin Ukraynaya sarsılmaz siyasi və iqtisadi dəstəyini bir daha təsdiqləyir", - məlumatda vurğulanıb. Qeyd olunub ki, Aİ-nin Ukrayna üçün ticarət tədbirləri 6 iyun 2024-cü il tarixindən 5 iyun 2025-ci il tarixinədək tətbiq olunacaq və Aİ-Ukrayna Assosiasiyası Sazişinin (DCFTA) IV bəndi altında bütün ödənilməmiş gömrük rüsumlarının və kvotaların davamlı olaraq dayandırılmasına aiddir. Aİ-nin Moldova üçün ticarət tədbirləri isə 25 iyul 2024-cü il tarixindən 24 iyul 2025-ci il tarixləri arasında tətbiq ediləcək. Bu tədbirlər Assosiasiya Sazişinin V bəndinə əsasən, bütün ödənilməmiş gömrük rüsumlarının və kvotaların müvəqqəti dayandırılmasını əhatə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
6
bizimyol.info

7Mənbələr