AZ

Xəzərdə suyun azalması çimərliklərə təhlükə yaradır?VİDEO

Xəzər dənizində suyun səviyyəsinin azalması çimərliklərdə problem yarada bilər.

Xezerxeber.az-ın xəbərinə görə, ekspertlər deyir ki, dənizin suyunun bu qədər çəkilməsi ciddi ekoloji problemdir və sahilboyu obyektlərin fəaliyyətinə də təsirsiz ötüşməyəcək.

Bundan başqa, su geri çəkildiyi üçün bəzi ərazilərdə çimərliyə üz tutanlar daha da irəli getməli olacaqlar ki, bu da təhlükəli ola bilər.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev deyir ki, suyun səviyyəsinin azalması səbəbi ilə çimərliklərin dibinin relyefində dəyişikliklər baş verir. Bu səbəbdən vətəndaşlar yalnız icazəli ərazilərdə çimməlidirlər.

Məsələ Fövqəladə Hallar Nazirliyinin də diqqətindədir. Nazirlikdən "Xəzər Xəbər"ə bildirildi ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aidiyyəti zəruri təhülkəsizlik tədbirləri görülür.

Belə ki, bu məqsədlə aprel ayından etibarən rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərzilərdə monitorinqlər aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
9

1Mənbələr

Şərh ()
Bağla