AZ

Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavini vəzifəsindən azad edilib

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavini Andrey Alekseenkonu vəzifəsindən azad edib.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc olunub.

Sənəddə işdən çıxarılma səbəbi göstərilmir.

Həmçinin Oleq Luqovskinin Xarici Kəşfiyyat Xidməti rəhbərinin yeni müavini təyin edilməsi haqqında fərman dərc edilib.

Seçilən
117
22
iqtisadiyyat.az

10Mənbələr