AZ

Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini dəyişib

Ukrayna Prezidenti Volodimir Zelenski Andrey Alekseenkonu Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavini vəzifəsindən azad edib.Elchi.az  Ukrayna mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.Digər sərəncamla bu vəzifəyə Oleq Luqovski təyin edilib.A.Alekseenko 2017-ci il noyabrın 27-də Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib. O, 2019-cu il martın 16-dan 2019-cu il iyunun 11-dək müvəqqəti olaraq Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
248
22
elchi.az

10Mənbələr