AZ

Litvada keçirilən prezident seçkisinin birinci turunun nəticələri bəlli olub

Litvada seçki məntəqələrinin 100%-nin məlumatları işləndikdən sonra hazırkı dövlət başçısı Qitanas Nausedanın 44,19% səslə prezident seçkisinin birinci turunda qalib gəldiyi məlum olub.

Bu barədə ölkənin Baş Seçki Komissiyası məlumat yayıb.

İkinci yeri 19,86% səslə baş nazir İnqrida Şimonite tutub.

Qeyd olunub ki, birinci turda qalib gəlmək üçün ən azı 50 faiz səs toplamaq lazımdır. Buna görə seçkinin ikinci turu keçiriləcək.

Xatırladaq ki, Litvada prezident seçkisinin birinci turunda səsvermə bazar günü, mayın 12-də baş tutub. Mayın 13-də səhər saatlarına olan məlumata görə, məntəqələrdə seçici fəallığı rekord göstəriciyə - 59,37%-ə çatıb.

Bununla paralel olaraq Litvada ikili vətəndaşlığa icazə verilməsi ilə bağlı referendum keçirilib. Səsvermənin nəticələrinə əsasən, təklif qəbul edilməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59

1Mənbələr

Şərh ()
Bağla