AZ

Premyer-liqada bütün namizədlər müəyyənləşdi

İngiltərə premyer-liqasında sona çatmaqda olan mövsümün lauretaları adına namizədlər müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, İki nominasiya üzrə nominantların adı açıqlanıb.

Mövsümün ən yaxşı oyunçusu adına namizədlərin siyahısına 8 futbolçu salınıb. Onlar Filip Foden, Erlinq Holann (hər ikisi “Mançester Siti”),  Aleksandr İsak (Nyukasl), Martin Edeqor (Arsenal), Koul Palmer (Çelsi), Deklan Rays (Arsenal), Vircil van Diyk (Liverpul) və Olli Uotkinsdi (Aston Villa). Qalib azarkeşlər arasında keçirilən səsvermə nəticəsində seçiləcək və mayın 18-də elan olunacaq.

Xatırladaq ki, premyer-liqasında qol yarışına “Mançester Siti”nin hücumçusu 25 qolla Holann başçılıq edir. “Çelsi”nin yarımmüdafiəçisi Palmer 21 qolla 2-ci yerdədi.
Premyer-liqada mövsümün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısına isə 5 mütəxəssis layiq bilinib. Onlar Mikel Arteta (Arsenal), Unay Emeri (Aston Villa), Xosep Qvardiola (Mançester Siti), Andoni İraola (Bornmut) və Yürgen Kloppdu (Liverpul). Yeri gəlmişkən, İngiltərə çempionatında 36 turdan sonra turnir cədvəlinə 83 xalla “Arsenal” başçılıq edir. Növbəti yerləri 35 oyuna 82 xalla “Mançester Siti”, 36 oyuna 78 xalla “Liverpul” və 67 xala malik olan “Aston Villa” tutur. “Bornmut” isə 48 xala 10-cu yerdədi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
football-plus.az

1Mənbələr