AZ

Putin Təhlükəsizlik Şurasını topladı: “MDB ölkələri ilə münasibətlərə daha çox diqqət ayrılacaq”

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının iclasında ölkəsinin Müstəqil Dövlətlər Birliyi (MDB) dövlətləri ilə münasibətlərinin müzakirəsini təklif edib və gələcəkdə bu mövzuya daha çox diqqət yetiriləcəyini qeyd edib.

“Biz xarici sahədə, yaxın qonşularımızla, postsovet məkanında formalaşmış müstəqil dövlətlərlə əlaqələr qurmaq barədə danışacağıq. Rusiyanın yeni siyasi dövründə biz buna daha çox diqqət yetirməliyik və bu işi bütün nöqteyi-nəzərdən, o cümlədən təşkilati baxımdan necə quracağımız barədə müzakirələr aparmalıyıq”, - deyə dövlət başçısı iclas zamanı bildirib.

Qeyd edək ki, görüşdə TŞ-nin həm yeni, həm də köhnə katibi - Sergey Şoyqu və Nikolay Patruşev iştirak ediblər.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
4
oxu.az

5Mənbələr