Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, Maqsud Adıgözəlov iclasdan sonra jurnalistlərə açıqlama verib. Qurum rəsmisi müzakirə olunan mövzular barədə danışıb:
“İclasda əsasən legioner limiti və komandaların sayı ilə bağlı danışıldı. Eləcə də büdcə barədə müəyyən müzakirələr aparıldı. Legioner limiti olduğu kimi saxlanıldı - 7+4. Lakin 2025/26 mövsümündən etibarən limitin 8+3 olması barədə qərar qəbul edildi. Millinin baş məşqçi məsələsi bu günki iclasın gündəmində deyildi. İdman prinsiplərinə əsasən "Qəbələ" elitanı tərk edəcək".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta