AZ

Əməkdar artistin 400 minə tikdirdiyi məscid - VİDEO

Əməkdar artist Yusif Mustafayev doğulduğu Cəlilabad rayonunun Hacıismayıllı kəndində yeni məscid tikdirib.

İqtisadiyyat.az xəbər verir ki, məscidin inşasına bu günə qədər 400 min manat vəsait sərf olunub. Həmin məbləğin 50 min manatı kənd camaatı tərəfindən yığılıb.

350 min manatı isə Əməkdar artist Yusif Mustafayev tərəfindən ödənilib.

Hazırda məsciddə tikinti işləri davam edir və son tamamlanma işləri aparılır.

Şərq memarlıq üslubunda inşa edilən iki minarəli ibadət evinin üç aya istifadəyə veriləcəyi gözlənilir.

Məscidə hələlik ad verilməyib və ibadət ocağının adı açılışa yaxın məlum olacaq.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
279
23

1Mənbələr

Şərh ()
Bağla