AZ

Bölgələr yağış və doluya “TƏSLİM OLDU”VİDEO

Bölgələrə dolu yağıb, bəzi ərazilərə ziyan dəyib.

Xezerxeber.az xəbər verir ki, buz parçaları Goranboyun Zeynallı, Nərimanlı, Boluslu kəndlərinə düşüb.

Sakinlər bildirib ki, dolu 10 dəqiqədən artıq davam edib. Təbiət hadisəsi zamanı tut, alça və ərik ağaclarındakı meyvələrə qismən ziyan dəyib. Kənd sakinlərinin bəzilərinin avtomobilləri də doludan zərər görüb. Bildirilib ki, son bir neçə ildə adıçəkilən kəndlərdə bu ölçüdə dolu görünməyib.

Tovuzun 7 kəndinə isə diametri 8-10 mm, Göygöl rayonuna isə 1.9 mm ölçüdə dolu düşüb. Quba və Xaçmaz rayonlarının kəndlərində güclü leysan və 5-10 mm diametrində dolu müşahidə edilib.

Aramsız yağan yağışlardan sonra İsmayıllının Vəng kəndinin yolları da  bərbad vəziyyətə düşüb. Mərkəzə gediş-gəliş çətinləşib. Sakinlər bildirir ki, daha öncə evlərə su xətti çəkildiyinə görə yolda qazıntı işləri aparılıb.

"Azərsu" ASC-dən "Xəzər Xəbər"ə bildirilib ki, son günlər intensiv yağışların yağma səbəbindən sözgedən kənd yollarında belə vəziyyət yaranıb.

Kənddə və mərkəzi yolda işlər tamamladıqdan sonra yollara asfalt örtüyü vurulacaq. İşlər yekunlaşandan sonra isə qazılmış ərazilər, əvvəlki vəziyyətə gətiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
xezerxeber.az

1Mənbələr