AZ

Yazda hansı dəri problemləri yaranır?

Yaz aylarında bir çox dəri problemləri, xüsusən də allergik xəstəliklər özünü büruzə verir. Bəs bundan necə qorunmaq olar?

Demokrat.az
xəbər verir ki, bu barədə “TRT Haber”in suallarını türkiyəli professor Andaç Salman cavablayıb.

O bildirib ki, bu tip xəstəliklərin həll yolu günəşin zərərli təsirlərinə qarşı tədbir görməkdir:

“Yazda günlər uzanır və açıq havada daha çox vaxt keçiririk.

Bununla da günəş işığına daha çox məruz qalırıq. Nəticədə ilk olaraq dəridə quruluq yaranır.  Ona görə də bu müddət ərzində nəmləndiricidən mütəmadi istifadə etmək lazımdır”.

A.Salman həmçinin vurğulayıb ki, bu dönəmdə ən çox rast gəlinən dəri problemlərindən biri də allergiyadır:

“Xüsusilə yaz aylarında polen, toz və ev tozu kimi allergenlərə həssas olan insanlarda allergiya müşahidə edilə bilər. Bundan başqa, başqa dəri xəstəliyi olan və dəri bariyer funksiyasını pozan insanlar da var. Dəri baryeri zədələnirsə, allergenlər dəriyə daha asan nüfuz edir. Ona görə də onlar daha asanlıqla allergiyaya məruz qalırlar. Uşaq və körpələrin dəri qatı böyüklər qədər möhkəm olmadığı üçün onlar xarici allergenlərdən daha çox təsirlənirlər”.

Professor son olaraq qeyd edib ki, isti havalarda yaranan ləkələr də ciddi problemlərdəndir:

“Günəş şüalarının artması ilə dəri rənginin qaralması və piqmentasiya pozğunluqları yarana bilər. Bu da dəridə müxtəlif ləkələrin yaranması deməkdir. Bunun qarşısını almaq üçün mütəmadi günəş kremindən istifadə etməyi tövsiyə edirik”.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
demokrat.az

1Mənbələr