AZ

Türkiyə Prezidenti ilə Yunanıstanın Baş naziri mətbuata birgə açıqlama veriblər

Türkiyə

İstanbul, 13 may, Günel Karatepe, AZƏRTAC

Terrorla mübarizə məsələsində Yunanıstanla fikir birliyimiz getdikcə güclənir. Bölgəmizin gələcəyində terror təşkilatlarına yer olmadığı ilə bağlı həmfikirik. Əlaqələrimizdəki müsbət atmosferin Yunanıstandakı soydaşlarımızın hüquqlarının təmin olunmasına töhfə verəcəyini gözləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə birgə mətbuat konfransında söyləyib.

Ərdoğan bildirib ki, görüşlərdə Türkiyə-Yunanıstan münasibətlərindəki bir-biri ilə əlaqəli məsələlər müzakirə edilib, onların dialoq yolu ilə həlli iradəsinə sadiqlik ifadə olunub. Qarşıya iki ölkə arasındaki ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq məqsədi qoyulub.

“Kipr probleminin adadakı həqiqətlər əsasında ədalətli və qalıcı həllinin tapılması vacibdir. Belə bir addım regionumuzda sabitliyi və əmin-amanlığı gücləndirəcək”, - deyə Ərdoğan vurğulayıb.

Baş nazir Mitsotakis Türkiyə ilə Yunanıstan arasındakı anlaşma və xoş münasibət mühitinin davamlı olaraq daha müsbət istiqamətdə inkişaf etdiyini, ölkəsinin Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinə dəstəyini davam etdirəcəyini bildirib.

Liderlər görüş zamanı regional və qlobal məsələlər, o cümlədən İsrail ilə Fələstin arasında davam edən qarşıdurmanın da müzakirə olunduğunu bildirərək, Qəzza zolağında dinc əhalinin qorunmasının vacibliyini vurğulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
14

1Mənbələr

Şərh ()
Bağla