AZ

“Yunanıstanla ticarətimizi 10 milyarda çatdırmaq məqsədimiz var” – Ərdoğan


“Biz dialoq kanallarını açıq saxlamağa razıyıq. Baş nazirlə çox səmimi və konstruktiv görüşümüz oldu”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisi ilə görüşündən sonra baş tutan mətbuat konfransında deyib.
Türkiyə başçısı bildirib ki, görüş zamanı onlar iki ölkə arasında olan problemləri müzakirə edib:
“Görüşlərimiz zamanı Türkiyə-Yunanıstan münasibətlərindəki bir-biri ilə əlaqəli problemləri də müzakirə etdik. Biz problemləri dialoq yolu ilə həll etmək iradəmizə sadiqik. İkitərəfli ticarətimizi 10 milyard dollara çatdırmaq məqsədimiz var. Münasibətlərimizdəki müsbət atmosferin Yunanıstandakı türk azlıqlarımızın və soydaşlarımızın hüquqlarının təmin olunmasına töhfə verəcəyini gözləyirik”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86

1Mənbələr

Şərh ()
Bağla