AZ

Hindistanda reklam lövhəsi insanların üzərinə düşüb - VİDEO

Hindistanda 30 metr hündürlüyündə olan reklam lövhəsi dibdən qoparaq yanacaqdoldurma məntəqəsi və yaxınlıqdakı evlərin üzərinə düşüb.

Qaziler.az bildirir ki, “The Hindustan Times”ın verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 64 nəfər xəsarət alıb, yüzdən çox insan isə konstruksiyanın altında qalıb. Hadisə Qatkopar rayonundakı Çeddanaqar qovşağında baş verib.

Həmçinin, mövsüm üçün qeyri-adi hava şəraiti şəhərdə hava nəqliyyatının, metro və şəhərətrafı qatarların hərəkətinə mənfi təsir göstərib. Görmə məsafəsinin zəif olması səbəbindən uçuşlar müvəqqəti olaraq dayandırılıb, ən azı 15 reys Mumbayın Çatrapati Şivadji Maharaj Beynəlxalq Hava Limanına yönləndirilib.

QAZİLER.AZ hadisənin görüntülərini təqdim edir:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
qaziler.az

1Mənbələr