AZ

Azərbaycan Premyer Liqasında legioner limiti ilə bağlı qərar dəyişmədi

Azərbaycan Premyer Liqasında legioner limiti dəyişməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov bildirib.

O qeyd edib ki, İcraiyyə Komitəsinin bugünkü iclasında aparılan müzakirələrdən sonra qərar alınıb ki, 2024/2025 mövsümündə də Premyer Liqada legioner limiti 7+4 (7 legioner, 4 yerli) olaraq saxlanılsın.

Lakin 2025/26 mövsümündən etibarən limit 8+3 (8 legioner, 3 yerli) olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
50

1Mənbələr

Şərh ()
Bağla