AZ

Azərbaycanda İLK: Çimərlik Tennisi üzrə açıq turnir keçirildi – FOTO/VİDEO

Azərbaycanda ilk dəfə olaraq Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunan Çimərlik Tennisi üzrə turnir keçirilib.

Turnir Bakı Su İdman Sarayının idman şöbəsinin müdiri Əli Muradov, tennis.az portalı Zaur Bayramov tərəfindən baş tutub.

Ölkəmizdə ilk dəfə baş tutan turnirdə Bakı Şəhər İdman idarəsinin şöbə müdiri, Su İdman sarayının direktoru Zaur Yaqubov, idman həvəskarları, media nümayəndələri və DJ EKA iştirak ediblər.

Turnirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Daha sonra turnirin formatı haqqında məlumat verilib. Turnir çütlüklərlə oynanılıb. Ümumilikdə 32 həvəskar iştirak edib.

Soda qaliblərə müfakatlar təqdim olunub.

Turnirin təşkilatçısı Muradov Əli deyib ki, gələcək planlarında Azərbaycan çimərlik idman növləri üzrə festivalların təşkil olunmasıdır:

“Bu yaxınlarda Çimərlik Futbolu üzrə  festival olacaq. Daha sonra Azərbaycanda çimərlik üzrə Badminton yarışlarımız keçiriləcək. Bunlar hamısı bir məqsəd daşıyır. Bütöv Azərbaycanda çimərlik festivalına hazırlıq gedir.”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90

1Mənbələr

Şərh ()
Bağla