AZ

Onlar Cənubi Qafqazda proseslərin pozulmasının qarşısını almalıdırlar- ÖZƏL

"Azərbaycanın öz qalibiyyətini əldə etməsindən sonra Qərb ölkələrinin buna qısqanclıqla yanaşması, Fransanın qeyri-adekvat anlaşılmayan hərəkətləri, eyni zamanda ABŞ-ın ona dəstək verməsi və bu yöndə atılan addımlar kifayət qədər ciddi məsuliyyətə səbəb olur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Bu dövlətlər artıq güclü, dünyada mühüm ölkə olaraq öz məsuliyyətlərini dərk etməlidirlər və Cənubi Qafqazda proseslərin pozulmasının qarşısını almalıdırlar. Onların hərəkətləri, məsələn, Fransanın etdiyi hərəkət Cənubi Qafqazda ümumi vəziyyəti gərginləşdirməyə yönəlir və Fransa həmin hərəkətdən çəkinməlidir. Eyni zamanda, ABŞ və xüsusilə səfirlər məsələsinə mən toxunmaq istərdim. ABŞ-ın səfiri Mark Libbinin Şuşaya səfərindən sonra hansı davranışları və yaxud da ki, Qərb ölkələrinin səfirlərinin bir minnət xatirinə bunu təqdim etmələri yolverilməzdir. Həmin ərazilər Azərbaycanda, onsuz da bütün səfirlər, həmin ölkələrin vətəndaşları Azərbaycanın bayrağı altında həmin ərazilərə səfər edəcəklər. Yəni edirlər, etsinlər, etmirlərsə də, özləri bilər, etməsinlər. Dövlət başçısının, xüsusilə də "Biz ümid edirik ki, Qarabağda sülh əbədidir" fikri tamamilə dəstəklənməli və düzgün formatda artıq Cənubi Qafqazda, xüsusilə Qarabağda sülhün əldə olunması üçün bir formul təşkil edir və Azərbaycan Cənubi Qafqazda sülh üçün Qarabağda ümumi sülhün tamamilə, yəni əbədi olmasını əsas tutur. Nə qədər vaxt ki, Qarabağda sülh əsas, yəni əbədi olacaq, Cənubi Qafqazda da sülhdən əmin amanlıqdan danışmaq olacaq və Azərbaycan dövlətinin də məhz prioriteti əsas istiqaməti, əsas hədəfi məhz budur. Qarşı tərəf də buna uyğun şəkildə hərəkət etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41

1Mənbələr

Şərh ()
Bağla