AZ

BELQOROD VİLAYƏTİ ÜZƏRINDƏ UKRAYNAYA MƏXSUS 16 VAMPİRE MLRS MƏRMİSİ MƏHV EDİLİB

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 16 Vampire Reaktiv Raket Sistemi (MLRS) mərmisini vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 13-də Moskva vaxtı ilə saat 17:00 radələrində Kiyev rejiminin RM-70 “Vampire” reaktiv yaylım atəş sistemi ilə Rusiya Federasiyası ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdinin qarşısı alınıb, Belqorod vilayəti üzərində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - idarədən bildirilib.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162

1Mənbələr

Şərh ()
Bağla