AZ

AFFA-dan yeni mövsüm Premyer Liqa ilə bağlı qərar

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Toplantı 4 saatdan artıq çəkib. Aparılan müzakirələrdən sonra İcraiyyə Komitəsi Azərbaycan Premyer Liqasında komanda sayının artırılmaması barədə qərar qəbul edib.

Bu barədə jurnalistlərə AFFA-nın prezidenti Rövşən Nəcəf məlumat verib. O bildirib ki, klub sayı gələcəkdə artırılacaq.

Beləliklə, 2024/2025 mövsümündə də Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq.

Bu isə o deməkdir ki, Premyer Liqada sonuncu yeri tutan “Qəbələ” yeni mövsümdən I Liqada mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
8
cbcsport.az

9Mənbələr