AZ

Olivye Jiru bu yay “Milan”dan ayrılacağını bəyan etdi

“Milan”ın veteran fransız mərkəz hücumçusu Olivye Jiru cari mövsümün sonunda “rossoneri”dən ayrılacağını bəyan edib.

Arena.az bu barədə “Milan”ın mətbuat xidmətinə istinadən məlumat verir.

“Bildirmək istərdim ki, qarşıdakı iki oyun mənim üçün “Milan”ın heyətində sonuncu olacaq. Karyeramı MLS-də davam etdirəcəyəm. “Milan”da keçirdiyim üç mövsümdə əldə etdiyim hər şeylə fəxr edirəm. İndi gedişimi elan etmək üçün doğru zamandır. “Milan”dakı hekayəm bu il başa çatacaq, amma klub həmişə ürəyimdə qalacaq”, deyə Jiru vurğulayıb.

Olivye Jiru “Milan”a 2021-ci ilin iyulunda 2,85 milyon avro müqabilində “Çelsi”dən keçib. Fransız hücumçunun “rossoneri” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Olivye “Milan”ın heyətində 45 oyuna çıxıb, 16 qol vurub, 9 məhsuldar ötürmə verib. Veteran hücumçunun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 130 oyun, 48 qol, 20 məhsuldar ötürmə.
Jiru “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub.

Fransalı futbolçu “Milan”dan öncə “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal” və “Çelsi” kimi klubların da formasını geyinib. Onun karyerasının böyük hissəsi məhz “Arsenal”da keçib.

Jiru 2011-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heəytində 131 oyuna çıxıb, 57 qol vurub, 16 məhsuldar ötürmə verib. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı fransız veteran mərkəz hücumçusunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
2
arena.az

10Mənbələr