AZ

AĞAC QƏTLİAMÇISI ELƏ BAĞIRDI Kİ… – PAYTAXTIN NIZAMI RAYONUNDA TiKiNTi BiZNESMENi ONUN ƏLVERiŞSiZ ŞƏRTLƏRiNƏ RAZI OLMAYAN SAKiNLƏRi MƏHKƏMƏYƏ VERiB

İndiyədək mətbu nəşrlərdə, internet xəbər portallarında Bakı şəhərinin Nizami rayonu ərazisində ağacların, yaşıllıqların məhv edilməsi ilə müşayiət olunan və yerli sakinlərin ciddi narazılığına səbəb olan qanunsuz tikililərə rəvac verilməsi barədə çoxsaylı tənqidi məqalələr dərc olunub. Məqalələrdə qeyd olunur ki, sözügedən ünvanlarda qanunvericiliyin tələbinə görə bina inşa edilməzdən əvvəl ağaclarm ərazidən köçürülməsinə dair Ekologiya Nazirliyinin Ekspertiza İnstitutu rəy verməliydi. Yəni, həmin ağaclar kəsilməli deyil, sadəcə yeri dəyişdirilərək başqa əraziyə köçürülməli, orada qulluğu davam etdirilməliydi. Lakin, yaşıllıqlar başqa əraziyə köçürülmədən məhv edilib.
Bu qəbildən olan məlumatlar, şikayətlər “Dəryaz” qəzeti redaksiyasına da daxil olmaqdadır. Belə ki, məlumatlardan birincisi Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsində şam ağaclarını çıxarılıb yerində obyekt tikilməsi ilə bağlıdır. Videogörüntülərlə qeydə aldığımız həmin yamac yerdə dağ sürüşməsinin qarşısını almaq üçün vaxtilə əkilmiş boybaboy 50-yə yaxın ağac məhv edilmiş, avtotəmir emalatxanası inşa edilmişdir. Emalatxana sırasına ən axırda əlavə edilmək üçün tikilməkdə olan iki boksun sahibinin guya Vətən müharibəsi qazisi olduğu barədə şayiə buraxılmışdır.
Qəribədir ki, yuxarı instansiyalara nə qədər şikayətlər edilsə də, bu mənfi tendensiya qarşısıalınmaz bir prosesə çevrilib. Sanki qanunun ayaq altına atılıb tapdalanmasında maraqlı olan böyük bir şər qüvvə dövlətə, cəmiyyətə meydan oxuyur, onun qarşısında yerli icra hakimiyyətləri də, hüquq-mühafizə və cinayət təqibi orqanları da, məhkəmələr də, bir sözlə, bütün aidiyyəti qurumlar, onların bir-birini əvəzləyən rəhbər vəzifəli şəxsləri də acizdirlər.














Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
5

1Mənbələr

Şərh ()
Bağla