AZ

Otuz il öncə itkin düşən şəhidin nəşinin qalıqları İmişlidə torpağa tapşırılıb

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Siyavuş Eldar oğlu İsmayılovun meyitinin qalıqları İmişli rayonuna gətirilib.

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü İsmayılov Siyavuş Eldar oğlunun meyitinin qalıqları bu gün şəhidin yaşadığı Şahverdili kəndinə gətirilərək dəfn olunub.

Şəhidlə keçirilən vida mərasimində şəhidin ailə üzvləri, şəhid ailələri, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov,  rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, Siyavuş İsmayılov 1994-cü ildə Füzuli rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib və 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155

1Mənbələr

Şərh ()
Bağla