AZ

“Qarabağ Vətən müharibəsi” serialı niyə çəkilmədi? - Nazirlikdən AÇIQLAMA

2022-ci ildə Türkiyənin "Bozdağ film" studiyası ilə Azərbaycanın Mədəniyət Nazirliyi arasında “Qarabağ Vətən müharibəsi” şərti adlı 8 bölümlü bədii serialın çəkilməsi üçün razılaşma əldə olunmuşdu. Lakin bu günə qədər serialın çəkilib-çəkilmədiyi barədə heç bir məlumat yoxdur.

Maraqlıdır, həmin film çəkilirmi? Çəkilmirsə, razılaşma pozulub, yoxsa başqa səbəblər var? Əgər razılaşma pozulubsa, səbəbi nədir?

Suallara cavab almaq üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət etdik.

Nazirlikdən Redaktor.az-a bildirildi ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 2022–2023-cü illər üzrə kino istehsalı sahəsində yoxlamalar aparılıb.

"Yoxlamanın nəticəsi ilə bağlı materiallar hüquq mühafizə orqanlarına təqdim edilib. Türkiyənin "Bozdağ Film" şirkəti ilə imzalanmış müqavilə və istehsal prosesi də yoxlama predmetidir. Ona görə də araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Mədəniyyət Nazirliyi belə bir filmin çəkilməsində maraqlıdır və bu istiqamətdə çoxtərəfli fəaliyyət davam etdirilir", - nazirliyin açıqlamasında deyilir.

Xatırladaq ki, “Bozdağ film” studiyası “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və digər bir sıra məşhur serialların istehsalçısıdır.

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1

1Mənbələr

Şərh ()
Bağla