AZ

Rusiyalı ekspert: “Ermənistan müxalifəti heç nəyə nail olmayacaq”

“Mayın 9-dan İrəvanda mitinqlər keçirən Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefasına məcbur edə bilməyəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin deyib.

“İndiyə qədər görürük ki, etiraz o qədər də sistemli deyil, əsasən deklarativ xarakter daşıyır, Paşinyan özü də bununla necə məşğul olmağı, elektorata necə müraciət etməyi çox gözəl anlayır. Hələlik bu, onun üçün problemdir, amma ekzistensial deyil. Bu mintinqlər ona təhlükə kimi görünür”, – rusiyalı ekspert hesab edir.

Pritçinin sözlərinə görə, Paşinyan hakimiyyət uğrunda sona qədər mübarizə aparmağa öyrəşmiş adamdır: “Onun üçün əsas məqsəd hakimiyyətdə olmaqdır, hakimiyyəti itirəcəyi təqdirdə ciddi riskləri var, ona görə də bunun üçün axıra qədər mübarizə aparacaq”.

Pritçinin sözlərinə görə, etirazçı qüvvələrin birləşməsi və etirazların kütləviliyi onu göstərir ki, cəmiyyətdə Paşinyandan və onun əməllərindən narazı olanlar çoxdur: “Digər tərəfdən, indiki hərəkatın rəhbərliyi hələ də suallar doğurur. Bu ciddi etirazdan nə dərəcədə istifadə edilə biləcək”.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1

1Mənbələr

Şərh ()
Bağla